Press ESC to close

Kanal 6 Müstəqil İnformasiya Agentliyi Yenidən Fəaliyyətə Başladı

Kanal 6 müstəqil informasiya agentliyi uzun bir fasilədən sonra yenidən fəaliyyətini bərpa edib. Xatırladaq ki, bu agentlik 2016-cı ildə yaradılmış və qısa zamanda geniş izləyici auditoriyası qazanmışdı. Lakin 2022-ci ildə agentlik, artan təzyiqlər və basqılar nəticəsində fəaliyyətini dayandırmağa məcbur qalmışdı.

İndi isə, ölkədə mövcud olan siyasi vəziyyətə və basqılara baxmayaraq, Kanal 6 azad söz uğrunda mübarizəsini davam etdirmək qərarına gəlib. Bu, müstəqil medianın susdurulmasına qarşı bir cavab kimi qiymətləndirilə bilər və azad mətbuatın önəminin bir daha vurğulanmasıdır. Kanal 6-nın yenidən fəaliyyətə başlaması, Azərbaycanda müstəqil medianın yaşamağa davam etdiyini göstərir.